Şriftin ölçüsü :

Saytın rəngi :

Yuxarı Digah kəndində səyyar vətəndaş qəbulu keçirilib.

03 sentyabr 2026 | 16:27
Yuxarı Digah kəndində səyyar vətəndaş qəbulu keçirilib.
3 sentyabr 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Amsar kənd inzibati ərazi dairəsinin Yuxarı Digah kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şuranın sədri, eləcə də rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilmişdir. Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı müvafiq şəxslərlə birlikdə Birinci Qarabağ Müharibəsi şəhidi Cəlal Mustafayevin Yuxarı Digah kənd tam orta məktəbinin önündə qoyulmuş büstünü və Şəhidlər xatirə guşəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişdir.
Keçidlər