Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günündə Quba rayon Şəhidlər Xiyabanı ziyarət olunub və ağacəkmə aksiyası keçirilib.

08 noyabr 2026 | 13:35
Zəfər Günündə Quba rayon Şəhidlər Xiyabanı ziyarət olunub və ağacəkmə aksiyası keçirilib.
8 noyabr 2026-cı il tarixdə Zəfər Günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə rayonunun Şəhidlər Xiyabanı ziyarət olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov şəhid ailələri və müharibə iştirakçıları ilə səmimi söhbət zamanı onlar göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Ardınca rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Zəfər Günü münasibətilə Quba - Xaçmaz yolunda, Zərdabi qəsəbə İƏD-nin ərazisində Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş ağacəkmə aksiyasında iştirak etmişlər.
Qeyd edək ki, rayon ictimaiyyəti tərəfindən Şəhidlər Xiyabanının ziyarəti gün ərzində davam etmişdir.
Keçidlər