Zərdabi qəsəbəsində səyyar vətəndaş qəbulu keçirilib.
Zərdabi qəsəbəsində səyyar vətəndaş qəbulu keçirilib.
19 fevral 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Quba rayon prokuroru, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, habelə rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, regionların inkişafı üzrə dövlət proqramlarının icrası, eləcə də rayonda aparılan abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə qəsəbə sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlər qanunvericiliyin tələbləri çərçivəsində araşdırılması üçün qeydiyyata alınmış və aidiyyəti üzrə baxılması məqsədilə məsul vəzifəli şəxslərə konkret tapşırıqlar verilmişdir.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Zərdabi qəsəbəsində inşa edilmiş Vətən müharibəsi şəhidləri Musa Məhəmmədovun və Səttər Piriyevin bulaq-xatirə komplekslərinin, həmçinin Zərdabi qəsəbə tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ müharibəsi şəhidi Bayram Şixəmirovun büstünün önünə gül dəstələri düzmüşdür.








