Zərqava kəndində səyyar vətəndaş qəbulu keçirilib.
12 mart 2026 | 16:07
Zərqava kəndində səyyar vətəndaş qəbulu keçirilib.
12 mart 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Zərqava kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, habelə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Quba rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri və görülən abadlıq-quruculuq işləri barədə kənd sakinlərinə ətraflı məlumat verilmişdir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.
Kənd sakinləri əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Səyyar qəbuldan əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Zərqava kəndinin mərkəzində inşa olunmuş Şəhidlər bulaq-xatirə kompleksinin, həmçinin təhsil müəssisəsindəki Şəhidlər xatirə guşəsinin qarşısına gül dəstələri düzmüş, şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişdir.








