Ziyəddin Əliyev daha bir Vətən Müharibəsi qazisinin məişət şəraiti ilə tanış olmuşdur.
16 may 2023 | 14:46
16 may 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonun Alpan kəndində Vətən Müharibəsi qazisi, ikinci dərəcəli əlil Əmiyev Fərid Ənvər oğlunun yaşadığı evdə olmuş, qazinin və onun ailə üzvlərinin mənzil-məişət şəraiti ilə, eləcə də onları maraqlandıran digər məsələlərlə ətraflı tanış olaraq qaziyə və onun ailə üzvlərinə lazımi köməkliklərin göstərilməsi məqsədilə aidiyyəti şəxslərə yerindəcə müvafiq tapşırıqlarını vermişdir.