Şriftin ölçüsü :

Saytın rəngi :

Ziyəddin Əliyev Dərk kəndində baş vermiş yanğın nəticəsində zərər çəkmiş ailəni ziyarət etmişdir.

13 iyun 2023 | 15:45

13 iyun 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonun Dərk kəndinə gedərək iyunun 12-də baş vermiş yanğın nəticəsində yaşayış üçün yararsız vəziyyətə düşən Birinci Qarabağ Müharibəsi şəhidləri Qoşqar və Eldar Məhərrəmovların atası Məhərrəmov Mahur Xanbala oğlunun evində olmuş, vəziyyətlə ətraflı tanış olaraq vətəndaşla və onun ailə üzvləri ilə ətraflı söhbət aparmış, ailəyə müvafiq köməkliyin göstəriləcəyini bildirmiş və aidiyyəti şəxslərə lazımi tapşırıqlarını vermişdir.

Keçidlər