Ziyəddin Əliyev leysan yağışlarının yaratdığı fəsadlarla yerində tanış olmuşdur.
13 iyun 2023 | 15:34
13 iyun 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev aidiyyəti şəxslərlə birlikdə iyunun 11-də yağmış güclü leysan yağışlarının fəsadlar yaratdığı rayonun Yerfi və Dərk kəndlərinə getmiş, fəsadların aradan qaldırılması istiqamətində aparılan işlərlə tanış olaraq aidiyyəti şəxslərə işlərin təcili olaraq başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlarını vermişdir.