Ziyəddin Əliyev tikinti işləri davam etdirilən məktəblərin şagirdləri ilə görüşmüşdür.
15 sentyabr 2022 | 12:00
15 sentyabr 2022-ci il tarixdə yeni tədris ilinin başlanması ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə Təhsil sektorunun müdiri ilə birgə rayonda tikinti işləri aparılan Digah kənd və Bağbanlı qəsəbə tam orta məktəblərində olmuş, Rayon İcra Hakimiyyətinin başçısı həmin təhsil müəssisələrinin birinci siniflərinə qədəm qoymuş şagirdlərə məktəbli ləvazimatlarından ibarət hədiyyələr təqdim etmiş, onlara tədrisdə uğurlar arzulamış və dərslərə tezliklə yeni binalarda davam edəcəklərini bildirmişdir.