Ziyəddin Əliyev Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə köməklik göstərilməsi məqsədilə növbəti yardımların yola salınması mərasimində iştirak etmişdir.
11 fevral 2023 | 14:26
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Quba şəhərindəki Azərbaycan - Türkiyə Qardaşlıq Parkında 6 fevral 2023-cü il tarixdə qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə köməklik göstərilməsi məqsədilə Quba rayon əhalisi tərəfindən növbəti yardımların Bakı şəhərindəki müvafiq məntəqələrə yola salınması mərasimində iştirak etmişdir.
Mərasimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin məsul şəxsləri, şəhid ailələri, qazilər, müharibə veteranları, din xadimləri, eləcə də xeyli sayda rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişlər.