Şriftin ölçüsü :

Saytın rəngi :

Ziyəddin Əliyev “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” ictimai birliyinin idarə heyətinin sədrini qəbul etmişdir.

24 may 2023 | 17:01

24 may 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” ictimai birliyinin idarə heyətinin sədri Bəhruz Məmmədzadəni qəbul etmişdir. Qəbulda ictimai birliyin Quba rayon filialının sədri Ramin Yunusov Rayon İcra Hakimiyyətinin başçısına təqdim edilmişdir.

Görüşdən sonra Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ictimai birliyin üzvləri və rayonun bir sıra qaziləri Quba şəhərində xalqımızın Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Keçidlər