Şriftin ölçüsü :

Saytın rəngi :

Zizik kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

18 iyul 2024 | 16:32

Zizik kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

 

18 iyul 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Alekseyevka kənd inzibati ərazi dairəsinin Zizik kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir.

Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən Müharibəsi şəhidi Ülvü Məmmədovun və Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun bulaq-xatirə kompleksləri, həmçinin Zizik kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Əliheydər Rüstəmovun büstü ilə tanış olmuşdur.

Qəbulda Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də Quba rayonunda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar vermişdir.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etmişlər.

Qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Zizik kənd tam orta məktəbinin mövcud binasının vəziyyəti ilə tanış olmuşdur.

Keçidlər