Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq yazarı, “Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova ilə şagirdlərin görüşü keçirilmişdir.

13 noyabr 2017 | 16:00

     13 noyabr 2017-ci il tarixdə Quba şəhər Heydər Əliyev Mərkəzində uşaqlar arasında mütaliəni gücləndirmək məqsədi ilə uşaq yazarı, “Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova ilə rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının və tam orta məktəblərin aşağı sinif şagirdlərinin görüşü keçirilmişdir.
     Görüşdə iştirak edən Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Rəxşəndə Bayramova, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitab Dövriyyəsi Sektorunun müdiri Lətifə Məmmədova, “Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova, Mərkəzi Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov və digərləri çıxış edərək erkən yaşlarından mütaliənin uşaqların gələcək inkişafına əvəzsiz təsiri olduğunu və mütaliənin təbliğinin ən gözəl formalarından biri olan kitab müəllifləri ilə görüşlərin keçirilməsinin çox önəmli olduğunu qeyd etdilər.
     Uşaqların hazırladıqları kompozisiyalarla davam edən tədbirin sonunda iştirakçılara Gülzar İbrahimovanın nağıllarından ibarət kitablar hədiyyə edildi.

Keçidlər