Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə COVİD-19 infeksion xəstəliklə bağlı vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur.

04 iyun 2020 | 16:00

Azərbaycan Respublikası hökümətinin koronavirus pandemiyasının başladığı ilk günlərdən etibarən qəbul etdiyi mühüm qərarlar və xüsusi karantin rejiminin tətbiqi nəticəsində ölkəmizdə bu, olduqca təhlükəli infeksion xəstəliklə  bağlı vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Buna görə də karantin rejimindən mərhələli çıxmaq planının həyata keçirilməsinə başlanmışdır. Lakin vətəndaşların böyük qisminin karantin rejiminə əməl etməməsinə görə yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yaranmış, bu səbəbdən də karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təkliflər hazırlanmışdır.
Həftə sonları tam qapanma və evdən çıxma məhdudiyyətinin tətbiqi vətəndaşlarmızın sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanma həftənin yalnız 2 gününü şənbə və bazar günlərini əhatə edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  3 iyun 2020-ci il tarixdə Tərtər rayonunda Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən tibbi maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaşımız öz şəxsi məsuliyyətini dərindən hiss etməli, müvafiq qərarlara, Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməli, özlərinin, yaxınlarının və ümumilikdə cəmiyyətimizin sağlamlığı, ölkəmizin gələcəyi naminə öz layiqli töhfələrini verməlidirlər. Hər birimiz tibbi maskadan istifadə etməli, sosial məsafə saxlamalı, dezinfeksiyaedici vasitələrdən istifadə etməliyik.
Vətəndaşlarımızın narahatlığına heç bir əsas yoxdur. Ölkəmizdə kifayət qədər ərzaq ehtiyatı var. Qoruyucu tibbi maskaların və tibbi spirtin respublikamızda istehsalının təşkili də bu sahədə tələb olunandan da artıq ehtiyatın yaranmasına imkan vermişdir.
Quba rayonunda bütün əhalidən qeyd olunan qaydalara əməl etmələrini xahiş edirik.

Keçidlər