Şriftin ölçüsü :

Saytın rəngi :

22 sentyabr 2020-ci il tarixdə rayonun təhsil müəssisələrində Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti təşkilatların rəhbərlərinin işirakı ilə monitorinqlər keçirilmişdir.

23 sentyabr 2020 | 16:00

Quba rayonunun Qamqam kənd tam orta məktəbinin müəllim kollektivi arasında koronavirusa kütləvi yoluxma halı qeydə alınmasına görə məktəbdə əyani formada tədris dayandırılmış və  22 sentyabr 2020-ci il tarixdə rayonun təhsil müəssisələrində Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti təşkilatların rəhbərlərinin işirakı ilə  monitorinqlər keçirilmişdir.
Məlumat üçün bildiririk ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin 16 mart 2020-ci il tarixli 52 nömrəli sərəncamı ilə rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı yanında tərkibində  bütün aidiyyəti təşkilatların rəhbər şəxslərinin təmsil olunduğu Operativ Qərargah yaradılmış, rayonun bütün yaşayış məntəqələrində mütəmadi olaraq maarifləndirmə və izahat işlərinin aparılması məqsədilə hər birinin tərkibi 4 nəfər nüfuzlu şəxsdən ibarət olan ümumilikdə 140 mobil qrup təşkil edilmişdir. Rayon rəhbərliyinin bilavasitə iştirakı ilə mütəmadi olaraq əhali arasında geniş maarifləndirmə və izahat işləri aparılmış, rayonun bütün yaşayış məntəqələrində, əhalinin çox toplaşdığı yerlərdə, idarə, müəssisə, təşkilatların, ictimai-iaşə obyektlərinin binalarında və nəqliyyat vasitələrində müvafiq maarifləndirici materiallar yerləşdirilmişdir.

Keçidlər