Şriftin ölçüsü :

Saytın rəngi :

Quba şəhərində geniş miqyaslı yenidənqurma və asfaltlaşdırma işlərinə start verilmişdir.

06 yanvar 2021 | 16:00

Quba şəhərinin ən böyük yaşayış massivlərindən biri olan, “Aeroport ərazisi” adlanan, hazirki 32-33-cü məhəllədəki küçələrin yollarında geniş miqyaslı yenidənqurma və asfaltlaşdırma işlərinə start verilmişdir. Hazırda adı çəkilən yaşayış massivində 22 küçə mövcuddur. Küçələrin ümumi uzunluğu isə 16 kilometrdən çoxdur.

6 yanvar 2021-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev görülən işlərlə yerində tanış olmuş, aidiyyati şəxslərə lazımı tapşırıq və tövsiyyələrini vermişdir.
Qeyd etmək lazımdır ki, göstərilən ərazidə təxminən 40 ilə yaxındır ki, əhalinin məskunlaşması başlamışdır. Burada 1000-ə yaxın yaşayış evi vardır. Uzun illər ərazidə əhali yollarının narahatlığı səbəbindən müəyyən problemlərlə rastlaşırdılar.
Yaxın vaxtlarda ərazidəki bütün küçələrin asfaltlanması işlərinin başa çatdırılması nəzərdə tutulur.

Keçidlər