Şriftin ölçüsü :

Saytın rəngi :

Biz birlikdə güclüyük!

22 mart 2021 | 16:00

Əziz qubalılar,

Bu gündən, yəni, 22.03.2021-ci il tarixdən etibarən ölkəmizdə yaşı 40 və yuxarı olan vətəndaşların Koronavirus xəstəliyinə qarşı vaksinasiyasına başlanmışdır. Ölkə rəhbərliyinin insan amilinə, vətəndaşlarımızın sağlamlığına, onların rifahına göstərdiyi yüksək diqqət və qayğının daha bir əyani sübutu olan vaksinasiya prosesi dövlət hesabına həyata keçirilir.
Bu baxımdan da əhalimizi bir daha Koronavirus pandemiyası kimi ümumbəşəri infeksiyaya qarşı tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına tam əməl etməyə, qoruyucu tibbi maskadan istifadəyə, sosial məsafəni gözləməyə və digər müvafiq qaydalara riayət etməyə, eləcə də yaşı 40 və 40-dan yuxarı olan rayon sakinlərini  şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etməklə, müvafiq qaydalar çərçivəsində Quba rayon Mərkəzi Xəstəxanasında təşkil olunmuş vaksinasiya məntəqəsinə müraciət edərək özümüzün, yaxınlarımızın və ümumilikdə cəmiyyətimizin sağlam gələcəyi naminə bu təhlükəli xəstəliyə qarşı peyvənd vurdurmağa dəvət edirik.
Yüksək anlayışınıza və fəallığınıza görə hər birinizə dərin təşəkkürümüzü bildiririk.

Biz birlikdə güclüyük!

Keçidlər