Şriftin ölçüsü :

Saytın rəngi :

Bağbanlı qəsəbə 16 saylı körpələr evi-uşaq bağçasının binasının əsaslı təmirdən sonra açılışı olmuşdur.

27 aprel 2021 | 16:00

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin iştirakı ilə rayonun Bağbanlı qəsəbə 16 saylı körpələr evi-uşaq bağçasının binasının əsaslı təmirdən sonra açılışı olmuşdur.
Körpələr evi-uşaq bağçasının binası əsaslı təmirdən əvvəl günün tələblərinə cavab vermirdi. Qısa vaxt ərzində ən müasir tələblər səviyyəsində əsaslı təmir olunan, yeni avadanlıqlarla təchiz edilən binada təlim-tərbiyə prosesinin müasir standartlara uyğun təşkili üçün bütün zəruri şərait yaradılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev aidiyyəti şəxslərlə birlikdə məktəbəqədər təhsil müəssisəsində yaradılmış şəraitlə yaxından tanış olmuş, bağçanın kollektivinə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər