Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cabbarov Orxan Hətəm oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir.

18 noyabr 2021 | 16:00

Noyabr ayının 16-da ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olmuş gizir Cabbarov Orxan Hətəm oğlunun dəfn mərasimi keçirilmişdir. Dəfn mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Əvvəlcə şəhidin cənazəsinin Quba şəhərinin girişində rayon ictimaiyyəti tərəfindən izdihamla qarşılanma mərasimi təşkil olunmuş, sonra şəhidin cənazəsi Davudoba kəndindəki evlərinə aparılmış, burada vida mərasimi keçirildikdən sonra şəhid Quba şəhərində rayonun Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Dəfn mərasiminin əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidin ruhuna ehtiram əlaməti olaraq yaylım atəşləri açılmışdır.
Dəfn mərasiminin sonunda Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev şəhidin atası Hətəm Cabbarova şəhidin tabutu bükülmüş Dövlət Bayrağımızı təqdim edərək  ona və bütün yaxınlarına başsağlığı vermiş, səbr diləmiş, şəhidlərimizin qəhrəmanlıqlarından, eləcə də ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən yüksək dövlət qayğısı haqqında ətraflı danışmışdır.

 

Keçidlər