Rayonda cəmi 155 təhsil müəssisəsi, ondan 135 ümumtəhsil məktəbi, 15 məktəbəqədər və 5 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərir. Bundan başqa Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı, Quba Dövlət Sosial-İqtisad kolleci, Tibb kolleci, Peşə liseyi, Xüsusi peşə məktəbi fəaliyyət göstərir.
Rayonda 135 ümumtəhsil məktəbindən 27 ibtidai, 43 ümumi orta, 65 tam orta məktəbdir. Bu məktəblərdə 01 yanvar 2017-ci il tarixə cəmi 24620 şagird təhsil alır.
Rayonda 9662 şagird yerlik 56, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə 2510 şagird yerlik 17 məktəb binası tikilmişdir. 2380 şagird yerlik 8 məktəb binası əsaslı təmir edilmişdir. Quba valideyn himayəsindən məhrum uşaqlar üçün internat tipli tam orta məktəbinin binası əlavə yataqxana korpusu tikilməklə əsaslı təmir olunmuşdur. 01 may 2017-ci il tarixə Təhsil Nazirliyi tərəfindən hər biri 180 şagird yerlik olmaqla 2 məktəbin inşası davam etdirilir, 1 məktəb binası əsaslı təmir olunur.