İcra Hakimiyyəti
Fəaliyyət
2025-ci il ərzində Quba rayonunun sosial-iqtisadi
inkişafı ilə əlaqədar görülən işlər barədə məlumat
Rayonumuzda bütün sahələrdə xeyli işlər görülmüş, geniş miqyaslı tikinti, təmir, yenidənqurma və abadlıq işləri həyata keçirilmiş, sosial-iqtisadi sahələrdə uğurlar qazanılmış, çoxlu sayda ictimai-siyasi və mədəni-kütləvi tədbirlər təşkil olunmuşdur.
2025-ci ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 715 milyon 674 min 500 manat olmuşdur ki, bu da 2024-cü illə müqayisədə 8,8 faiz artım deməkdir. Bu dövrdə sənaye məhsullarının ümumi həcmi 2024-cü illə müqayisədə 4,3 faiz artaraq 69 milyon 523 min 200 manat, kənd təsərrüfatı məhsullarının həcmi isə əvvəlki illə müqayisədə 6,4 faiz artaraq 311 milyon 847 min 900 manat təşkil etmişdir.
2025-ci ildə rayon üzrə adambaşına düşən pullu xidmətlər 627 manat 40 qəpik təşkil etmişdir ki, bu da 2024-cü ildəkindən 12,5 faiz çoxdur.
Rayon üzrə orta aylıq nominal əmək haqqı 2025-ci ildə əvvəlki illə müqayisədə 15,7 faiz artaraq 791 manat 60 qəpik təşkil etmişdir.
Ötən il rayonun cəmi gəlirləri 35 milyon 464 min manat təyinata qarşı 43 milyon 11 min 400 manat, yəni 121,3 faiz və ya 7 milyon 547 min 400 manat artımla yerinə yetirilmişdir.
Rayonun yerli xərcləri 8 milyon 841 min manat illik təyinata qarşı 7 milyon 860 min 200 manat, yaxud 88,9 faiz və ya 980 min 800 manat kəsirlə icra edilmişdir.
Hesabat dövründə Xaçmaz Regional Qaz İstismar İdarəsinin Quba Xidmət sahəsi əhali sektoru üzrə 34 min 595, qeyri-əhali sektoru üzrə isə 869 abonent olmaqla ümumilikdə 35 min 464 abonentə xidmət göstərmişdir. 2025-ci ildə ümumi abonent sayı 2024-cü illə müqayisədə 3,8 faiz artmışdır.
2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar qaz xətlərində hazırlıq və təmir işləri aparılmış, ehtiyac olan yerlərdə qaz tənzimləyicilər yenilənmişdir.
Ötən il 45 fərdi yaşayış evi olan Qrızdəhnə kəndində və Timiryazev kəndinin 110 fərdi yaşayış evi olan yaşayış massivində qazlaşma işləri başa çatdırılmışdır.
Zərdabi qəsəbəsində, Alekseyevka, İkinci Nügədi, Nügədiqazmalar, Qaraçay, Amsar, Qamqam kəndlərində və Barlı qəsəbəsindəki qaz tənzimləyici məntəqədə daşıyıcı qaz kəmərlərinin üzərinə 13 ədəd balans sayğacı quraşdırılmışdır.
Əhali sektoru üzrə 2 min 786 ədəd, qeyri-əhali sektoru üzrə 126 ədəd qaz sayğacı yenisi ilə əvəz olunmuş, 78 ədəd qaz sayğacı həyətlərdən çölə çıxarılaraq mənbədə quraşdırılmışdır.
2025-ci ildə rayon üzrə abonentlər tərəfindən 69 milyon 815 min 249 kubmetr təbii qaz istehlak olunmuşdur ki, bunun da 55 milyon 958 min 82 kubmetri əhali istehlakçılarının payına düşür. Əhali istehlakçıları tərəfindən istifadə olunan mavi yanacağı dəyəri 9 milyon 878 min 139 manat təşkil etmiş, istehlak olunan mavi yanacağa görə ödənişin məbləği isə 10 milyon 76 min 571 manat olmaqla 102 faiz təşkil etmişdir.
Qeyri-əhali sektoru üzrə 13 milyon 866 min 142 kubmetr təbii qaz istehlak olunmuş, istehlak olunan mavi yanacağın dəyəri 3 milyon 852 min 712 manat, ödəniş isə 3 milyon 644 min 461 manat təşkil etmişdir. Qeyri-əhali sektoru üzrə yığım 95 faiz olmuşdur.
2025-ci ildə rayon əhalisinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülmüşdür. Bu dövrdə bir sıra yaşayış məntəqələrində elektrik xətlərində və avadanlıqlarında təmir işləri aparılmış, dayaqlar dəyişdirilmişdir. Qəçrəş kəndində gücü 250 kilovat olan yeni güc mərkəzi yaradılmış və istismara verilmişdir. Birinci Nügədi kəndində və Quba şəhərinin “Dəvədabanı” yaşayış massivində artıq yükləmədə işləyən transformatorlar daha güclüləri ilə əvəz edilmişdir.
2025-ci ildə rayonun 7 yaşayış məntəqəsində - Alpan, Qələdüz, Küpçal, Üçgün, Qəçrəş, Talabıqışlaq və Gədikqışlaq kəndlərində elektrik təsərrüfatının yenidən qurulması işlərinə başlanmışdır və hazırda həmin işlər davam etdirilməkdədir.
2025-ci ildə rayon üzrə əhali istehlakçıları tərəfindən 73 milyon 213 min 641 kilovatsaat elektirik enerjisi istehlak olunmuş, istehlak olunan elektrik enerjisinin dəyəri 6 milyon 926 min 886 manat olmuşdur. Əhali istehlakçıları tərəfindən həmin vəsaitin 6 milyon 914 min 744 manatı odənilmişdir ki, bu da 99,8 faiz təşkil edir.
2025-ci ildə qeyri-əhali istehlakçıları üzrə 122 milyon 550 min 797 kilovatsaat elektirik enerjisi istehlak olunmuş, istehlak olunmuş elektrik enerjisinin dəyəri 14 milyon 675 min 473 manat təşkil etmişdir. Həmin məbləğin 14 milyon 688 min 488 manatı ödənilmişdir ki, bu da 100,09 faiz təşkil edir.
Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin xidməti ərazisi 26 min 33 hektar sahəni əhatə edir. Sahələrin suvarma suyuna olan tələbatı rayon ərazisindən keçən dağ çaylarından, Samur-Abşeron kanalından, eləcə də 60 ədəd subartezian quyusundan qaldırılan su hesabına ödənilir. Suvarma suyunun su mənbələrindən götürülərək təsərrüfatlara çatdırılmasında 244,1 km açıq torpaq, 119,3 km açıq beton üzlüklü və 192,9 km qapalı boru olmaqla ümumilikdə 556.3 km uzunluğunda suvarma şəbəkəsindən istifadə olunur. Həmin suvarma kanallarının 408,3 kilometri Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, 148 kilometri isə Sudan İstifadəedənlər Birliklərinin istifadəsindədir.
Gənclər qəsəbəsi, Aşağı Atuc, Çaydüzü, Davudoba və Hacıhüseyinli kəndlərində sahələrə suvarma suyunun vaxtında və itkisiz çatdırılması məqsədi ilə “Xurel arxı” adlı kanalın 1650 paqonmetr hissəsi, İkinci Nügədi və Pirvahid kəndlərinin torpaq sahələrinə suvarma suyunun vaxtında və itkisiz çatdırılması üçün “Pirvahid” adlı kanalin 2 min 200 paqonmetr hissəsi beton üzlüyə alınmışdır. Torpaq məcralı kanalların beton üzlüyə alınması üzrə tədbirlərin davamı olaraq “Pirvahid”, “Xurel” və “Davudoba” kanallarında layihələndirmə işləri aparılmış, cari ildə işlərə başlanması planlaşdırılır. “Rus bəndi”, “Hacıqayıb” və “Ərməki” adlı kanalların layihələndirilməsi üzrə təkliflər Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsə təqdim olunmuşdur. “Ağbil” adlı kanalın 2 km, ”Zərdabi” adlı kanalın 6 km, ”Bagbanlı” adlı kanalın isə 3 km hissəsinin beton üzlüyə alınması ücün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulmuşdur. Layihələndirmə işləri yekunlaşdıqdan sonra kanalların növbəti illərdə beton üzlüyə alınmasına başlanacaqdır.
Aşağı Xuc, Çartəpə, Əliməmmədoba, Qımılqışlaq və Hacıhüseyinli kəndlərinin torpaq sahələrini suvarma suyu ilə təmin edən beton kanallarda da cari təmir işləri aparılmışdır.
Qudyalçayın Küpçalqışlaq kəndi ərazisindən keçən hissəsində 80 paqonmetr uzunluqda daş-beton bəndin tikintisinə başlanmışdır.
Qaraçayın Birinci Nügədi kəndinin ərazisindən kecən 310 paqonmetr hissəsində yaşayış məntəqələrinin, infrastruktur obyektlərinin sel sularından mühafizəsi məqsədilə bəndin tikilməsi ilə bağlı layihə sənədləri hazırlanmışdır.
Hesabat dövründə Qusarçayın rayonumuzun Susayqışlaq kəndi ərazisindən kecən hissəsində 140 paqonmetr daş-beton bənd tikilmişdir. Həmcinin rayon ərazisindən keçən çayların daha çox təhlükə gözlənilən hissəlsrində daşqın və selə qarşı mübarizə tədbirləri çərçivəsində 679,4 min kubmetr həcmində mexanizmlər vaistəsi ilə çay məcrasının tənzimlənməsi, sahilqoruyucu və su istiqamətləndirici bəndlərin qurulması tədbirləri həyata keçirilmişdir.
İdarə tərəfindən 10 min 695-i əhali, 669-u isə qeyri-əhali olmaqla, ümumilikdə 11 min 364 abonentə içməli su və kanalizasiya xidmət göstərilir. Həmin xidmətlərə görə hesabat ilində əhali qrupu üzrə ödənilən məbləğ 993 min 814 manat olmaqla 105 faiz, qeyri-əhali abonentlərinin ödədiyi vəsaitin məbləği isə 604 min 308 manat olmaqla 110 faiz təşkil etmişdir.
“Aztelekom” MMC-nin Şimal-Şərq Regional Filialının Quba şöbəsi tərəfindən 2025-ci il ərzində rayonda rabitə və internet xidmətləri sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, rayonun kənd və qəsəbələrində əhaliyə genişzolaqlı internet xidmətinin göstərilməsi ilə əlaqədar rayon mərkəzinə yaxın bütün məntəqələrdə tikinti işləri başa çatdırılaraq vətəndaşlara keyfiyyətli rabitə xidməti göstərilmişdir. Ötən ilin sentyabr ayında Afurca kəndində internet xidmətinin göstərilməsi üçün 140 ədəd yeni rabitə dirəyi, 6 km fiber-optik kabel buraxılaraq genişzolaqlı internet xidməti vətəndaşların istifadəsinə verilmişdir.
Rayonun ucqar Xaltan, Utuq, Söhüb, Əlik, Cek, Afurca və Zeyid kəndlərində vətəndaşlara genişzolaqlı internet xidmətinin göstərilməsi ilə bağlı lazımi işlər başa çatdırılmış və həmin yaşayış məntəqələrinə yüksəksürətli internet xidmətinin göstərilməsi təmin edilmişdir.
Əhalinin internet xidmətinə olan təlabatını nəzərə alaraq Rustov, Qamqam, Vəlvələ və Ərməki kəndlərində vətəndaşların internet xidmətindən istifadəsi üçün şərait yaradılmışdır.
2025-ci ildə rayonumuzda sahibkarlığın inkişafı ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 218 layihəyə 17 milyon 28 min 800 manat vəsait ayrılmışdır. Quba rayonu üzrə 2025-ci il ərzində özəl investisiya qoyuluşu 55 milyon 910 min manat olmuşdur.
Hazırda Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialinda Quba rayonu üzrə 13 min 487 nəfər pensiyaçı qeydiyyatdadır. Bunlardan 11 min 977 nəfəri işləməyən, 1510 nəfəri isə işləyən pensiyaçılardır.
Rayon üzrə orta aylıq pensiyanın məbləği 421,24 manat təşkil etmişdir.
2025-ci il ərzində Quba rayonu üzrə 865 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Hazırda rayon üzrə ümumilikdə 3 min 203 ailə ünvanlı dövlət sosial yardımı alır.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən də əhalinin məşğulluğunun təmin olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Bu məqsədlə rayonumuzun Zərdabi qəsəbəsində yerləşən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda 14 işəgötürənin iştirakı ilə “Regionda aqrar sahədə ehtiyac yaranmış ixtisaslı kadrların hazırlanması və bu sahədə mövcud problemlərin həlli yolları”, həmçinin 12 işəgötürənin iştirakı ilə “Turizm sahəsində ixtisaslı kadrların hazırlanması və bu sahədə mövcud problemlərin həlli yolları” mövzularında dəyirmi masalar keçirilmişdir.
Bundan başqa əhalinin məşğulluğunun təmin olunması, işəgötürənlərlə işaxtaran şəxslər arasında birbaşa təmas yaratmaq, əmək bazarındakı tələbata uyğun kadrların qısa zaman ərzində seçilməsi məqsədilə Quba şəhərində il ərzində 7 əmək yarmarkası təşkil edilmiş və bu tədbirlərdə 49 müəssisə tərəfindən işsiz və işaxtaran şəxslərə 339 vakansiya təqdim olunmuşdur.
Ötən il ərzində boş iş yerlərinə müvafiq qaydada göndərişlər formalaşdırılmış, onlardan 2 min 986 nəfəri işlə təmin edilmişdir.
2025-ci il ərzində özünüməşğulluq proqramına 572 vətəndaş cəlb olunmuş və qeydiyyata alındıqları zərflər üzrə əmlaklarla təmin olunmuşlar.
Peşəyönümü məsləhətlərinin verilməsi məqsədilə Filialın əməkdaşları tərəfindən fərqli zamanlarda 29 ümumtəhsil müəssisəsində 2 min 230 nəfər şəxslə görüşlər keçirilmişdir.
Filial tərəfindən verilmiş göndərişlər əsasında Quba rayonu üzrə qeydiyyata alınmış 126 nəfər vətəndaş peşə hazırlığı kurslarına cəlb edilmiş, kursları uğurla başa vurmuş şəxslərdən 29 nəfəri isə işlə təmin edilmişdir.
Ötən il ərzində 12-si qadın olmaqla 42 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilmişdir.
Hazırda rayonumuzda 67 otel və otel tipli müəssisə mövcuddur. Həmin müəssisələrdə otaq və koteclərin sayı 1878, ümumi tutum isə 5 min 20-dir. Hesabat dövründə rayonda 147 yerlik 3 yeni turizm müəssisəsi fəaliyyətə başlamışdır.
Proqnozlara görə 2025-ci il ərzində rayona gələn turistlərin sayı 436 min 392 nəfər olmuşdur ki, bu da 2024-cü illə müqayisədə təxminən 10 min nəfər çoxdur.
Quba rayonu aqrar rayon olmaqla, rayonun iqtisadiyyatının əsasını meyvəçilik, heyvandarlıq, taxılçılıq və tərəvəzçilik təşkil edir. Rayonda mövcud 136 min 683 hektar kənd təsərrüfatına yararlı torpaq sahələrindən 17 min 106 hektarı meyvə bağlarından, 10 min 377 hektarı taxıl sahələrindən, 137 hektarı digər dənli, dənli paxlalı və texniki bitkilərdən, 520 hektarı yonca sahələrindən, 2 min 600 hektarı tərəvəz, kartof və yem bitkiləri əkilmiş sahələrdən, 3 min 348 hektarı dincə qoyulmuş sahələrdən, 28 min 906 hektarı örüş, 15 min 281 hektarı biçənək, 58 min 408 hektarı isə yay otlaq sahələrindən ibarətdir. Rəqəmlərdən də göründüyü kimi Quba rayonunun iqtisadiyatının əsasını meyvəçilik təşkil edir.
Yeni salınacaq meyvə bağlarının əsasını sağlam və keyfiyyətli tinglər təşkil edir. Bu məqsədlə rayonda 7 sertifikatlı özəl tingçilik təsərrüfatı ilə bərabər Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu da fəaliyyət göstərir. Ting istehsalı ilə məşğul olan təsərrüfatlarda yetişdiriləcək tinglərin sağlam və standartlara uyğun yetişdirilməsi üçün bitkiçilik sektorunun mütəxəssisləri tərəfindən həmin təsərrüfatlarda vaxtaşırı monitoringlər həyata keçirilmişdir. Qeyd olunmuş təsərrüfatlarda cari ildə 937 min ədəd keyfiyyətli ting istehsal olunmuşdur. İstehsal olunmuş tinglərin artıq bir hissəsi həm Quba, həm də respublikanın digər rayonlarında yeni meyvə bağlarının salınmasında istifadə olunmuşdur.
İl ərzində rayonda 2 min 40 hektar meyvə bağı əkilmişdir ki, bunun da 57,8 hektarı alma, 43,8 hektarı armud, 6,5 hektarı gavalı, 1272 hektarı gilas, 474 hektarı şaftalı, 85,1 hektarı ərik, 0,4 hektarı fındıq, 100,4 hektarı isə digər meyvə bağları olmuşdur. Yeni əkilmiş meyvə bağlarının 1190 hektarı damlama suvarma sistemi tətbiq olunmaqla əkilmiş intensiv meyvə bağlarıdır.
Rayondakı meyvə bağlarının 3 min 603,8 hektarı cavan, 13 min 502,5 hektarı isə məhsuldar meyvə bağlarıdır. Mövcud meyvə bağlarının 5 min 680 hektarı super intensiv, 2 min 48,4 hektarı intensiv, 9 min 377,5 hektarı isə ənənəvi bağlardır.
Hesabat ilində rayon üzrə ümumilikdə 155 min 439,2 ton meyvə və 287,5 ton giləmeyvə istehsal olunmuşdur. Ötən illə müqayisə olunduqda 2025-ci ildə 6 min 245,2 ton yəni 4 faiz cox meyvə istehsal olunmuşdur ki, meyvədə məhsuldarlıq hektara 103,7 sentner olmuşdur. Bu da 2024-cü illə müqayisədə 13,9 sentner çoxdur.
Yığılmış meyvənin, xüsusilə də alma və armudun az hissəsi birbaşa bağlardan satılsa da əsas hissəsi yığımdan sonra satılması üçün soyuducu və ya adi anbarlarda toplanır. Hazırda bu məqsədlə rayonda ümumilikdə 58 min 2 ton meyvə tutumuna malik 25 ədəd soyuducu anbar fəaliyyət göstərir.
Quba rayonu əsasən meyvəçilik rayonu olmasına baxmayaraq ərazisində kifayət qədər taxıl sahələri də mövcuddur. Rayonda mədəni bitkilər altında olan 30 min 734 hektar torpaq sahəsinin 10 min 377 hektarını, yəni 33,7 faizini taxıl bitkiləri təşkil edir. Sualtı sahələrdə iqtisadi cəhətdən meyvə bağlarının salınması daha səmərəli olduğu üçün fermerlər taxıl bitkilərinin əkilməsi üçün əsasən dəmyə sahələri seçirlər. Bu baxımdan da mövcud taxıl sahəsinin 2 min 735 hektarı sualtı sahələrdə, 7 min 669 hektarı isə dəmyə sahələrdə əkilmişdir.
2025-ci ilin məhsulu üçün əkilmiş 8 min 498 hektar buğda sahəsinə toxumçular tərəfindən istehsal olunmuş 1539 ton sertifikatlı toxum, 416 ton sertifikatsız toxum səpilmişdir. 1879 hektar arpa sahəsinin əkilməsinə isə müvafiq olaraq 209 ton sertifikatlı və 96 ton sertifikatsız toxum səpilmişdilr.
Ötən il rayon üzrə 26 min 53 ton buğda, 5 min 346 ton arpa istehsal olunmuşdur, məhsuldarlıq buğdada 30,6 sentner, arpada isə 28,4 sentner olmuşdur. 2024-cü illə müqayisədə hektara məhsuldarlıq 1,2 sentner çox olmaqla 983 ton çox buğda, hektara məhsuldarlıq 0,9 sentner çox olmaqla isə 205 ton çox arpa tədarük olunmuşdur.
Ötən il rayon üzrə tərəvəz sahələrində müvafiq olaraq 15 min 819,5 ton pomidor, 386,1 ton xiyar, 267,4 ton badımcan, 705,8 ton kələm, 414 ton soğan, 286 ton sarımsaq, 2 min 126,9 ton sair tərəvəz məhsulları istehsal olunmuşdur. 2024-cü illə müqayisədə pomidor əkilən sahələrin hər hektarından 72 sentner, yaxud əvvəlki ildəkindən 3 min 553,5 ton çox pomidor toplanmışdır.
Hesabat dövrü ərzində 10 min 777 fermer 30 min 225 bəyan etməklə 23 min 451 hektar müxtəlif kənd təsərrüfatı bitkiləri əkilmiş sahələrə görə əkin subsidiyası almaq üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə müraciət daxil etmişdir. Müraciətlərə baxılaraq 10 min 81 fermerə 29 min 529 bəyan üzrə subsidiya vəsaiti ödənilmişdir.
2025-ci il ərzində heyvandarlıq sahəsində də bir sıra işlər görülmüşdür. Belə ki, Quba rayonunda hazırda 53 min 65 baş iribuynuzlu, 240 min 760 baş xırdabuynuzlu mal-qara, 21 min 700 arı ailəsi mövcuddur. 2025-ci il ərzində rayonda 43 min 725,2 ton süd, 7 min 849 ton ət, 456,8 ton yun, 82 ton bal, 17 milyon 994 min ədəd yumurta istehsal olunmuşdur. 2024-cü illə müqayisədə 939,2 ton çox süd, 7,2 ton çox ət, 3,3 ton çox yun, 4 milyon 74 min ədəd çox yumurta istehsal olunmuşdur. Ötən ilin yaz aylarında havaların əlverişsiz keçməsi səbəbindən bal istehsalı əvvəlki illə müqayisədə 98 ton az olmuşdur.
Rayon İcra Hakimiyyəti tərəfindən Novruz bayramı, eləcə də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının yarmarkaları təşkil olunmuşdur. Həmin yarmarkalarda satışa çıxarılan məhsulların qiymətləri mövcud bazar qiymətlərindən nəzərəçarpacaq dərəcədə aşağı olmuşdur.
İl ərzində heyvanlar arasında xəstəliklərin yayılmaması məqsədi ilə rayon ərazisində aidiyyəti qurumlar tərəfindən monitorinqlər, qabaqlayıcı tədbirlər, peyvəndləmə işləri həyata keçirilmişdir.
Hesabat dövründə rayon ərazisində tikinti məsələləri ilə bağlı mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına ciddi nəzarət edilmişdir.
2025-ci ildə rayonda geniş miqyaslı tikinti, təmir, abadlıq və yenidənqurma işləri həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini – Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə - Quxuroba avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında 18 dekabr 2023-cü il tarixli, eləcə də Quba rayonunun Amsar – Əski İqrığ – Gültəpə - Möhüc – Aşağı Tüləkəran – Yenikənd – Tülər – Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında 27 dekabr 2023-cü il tarixli Sərəncamlarına əsasən nəzərdə tutulan işlər başa çatdırılmış, möhtərəm Prezidentimizin Quba rayonunun Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) - Çiçi - Səbətlər - Qənidərə - Sırt Çiçi - Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında 4 iyun 2025-ci il tarixli Sərəncamına uyğun olaraq işlərə başlanmışdır.
Zizik və Əski İqrığ kəndlərinin mərkəzi yollarından sonra ötən il daxili imkanlar hesabına rayonun Davudoba kəndinin ümumi uzunluğu təxminən 2 kilometr olan mərkəzi yolu da yenidən qurularaq asfaltlanmışdır.
Hesabat ilində Quba şəhərinin ərazisində bütün istiqamətlər üzrə geniş miqyaslı abadlıq və yenidənqurma işləri görülmüşdür. Belə ki, rayonumuzun Şəhidlər Xiyabanında əziz şəhidlərimizin müqəddəs adlarına və unudulmaz xatirələrinə layiq yeni layihə əsasında, müasir üslubda geniş miqyaslı tikinti, yenidənqurma, təmir, bərpa, abadlıq, yaşıllaşdırma və işıqlandırma işləri həyata keçirilmişdir. Burada ayrı-ayrı guşələr yaradılmış, bütün şəhidlərimizin fotoşəkilləri xatirə lövhəsi formasında mərmərdən hazırlanmış, Xiyabanın ərazisində Ulu Öndərimiz Heydər Əliyevin və möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin şəhidlərimiz barədə olduqca dəyərli kəlamları əksini tapmış, Dövlət Bayrağımız ucaldılmış, mühüm məna kəsb edən simvollar qoyulmuş, “Əbədi məşəl” yaradılmışdır. Burada yerləşdirilmiş qaya parçası şəhidlərimizin uğrunda canlarından keçdikləri doğma Qarabağımızdan gətirilmişdir.
Ötən il Quba şəhərinin Heydər Əliyev prospekti, Azərbaycan, General Məhəmməd Əsədov, Cəfər Cabbarlı, Məmməd Əmin Rəsulzadə, Səməd Vurğun, Şah İsmayıl Xətai, Maksim Qorki, Mirzə Fətəli Axundov küçələri, Mərkəzi Xəstəxana yolu yenidən qurulmuş, asfaltlanmış, əsaslı və ya cari təmir olunmuşdur.
2025-ci ildə Quba şəhərinin küçələrinə 60 min kvadratmetr asfalt örtüyü döşənmişdir. Beləliklə, son iki il ərzində yalnız Quba şəhərinin 50-dən artıq küçəsinə 160 min kvadratmetr asfalt örtüyü döşənmişdir. Həmçinin, Quba şəhərinin Azərbaycan, General Məhəmməd Əsədov, Cəfər Cabbarlı, Maksim Qorki, Səməd Vurğun və Fətəli xan küçəsinin başlanğıc hissəsində yeni səkilər yaradılmış və ya mövcud səkilərdə təmir işləri aparılmışdır.
Nizami adına Mədəniyyət və İstirahət parkında və məşhur “Qırx pilləkən”də əsaslı şəkildə təmir, yenidənqurma və bərpa işləri həyata keçirilmiş, parkda yaşıllaşdırma işləri aparılmış, oturacaqlar təmir olunaraq, rənglənmiş və əhalinin istifadəsinə verilmişdir.
“Dədə Qorqud” xatirə kompleksinin ərazisində də yenidənqurma, təmir, bərpa və işıqlandırma işləri həyata keçirilmiş, buradakı simvolik heykəl kompozisiyaları memarlıq üslubunda yenilənmiş və rənglənmişdir.
Quba şəhərinin Heydər Əliyev prospektində və bir neçə digər istiqamətlərdə ən müasir tələblərə cavab verən, böyük zövq oxşayan işıqlandırma sistemi yaradılmışdır.
Şəhərin ərazisində geniş miqyaslı yaşıllaşdırma işləri həyata keçirilmiş, müxtəlif gül kolları əkilmişdir.
2025-ci ildə rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkının ərazisində Ulu Öndərimizin yeni panosu inşa olunmuş, parkdakı fəvvarədə yenidənqurma işləri aparılmış, parkın ərazisində 20 ədəd yeni oturacaq qoyulmuşdur.
Ötən il “Quba Meydanı” Mədəniyyət və İstirahət parkının ərazisində də təmir və yenidənqurma işləri həyata keçirilmişdir.
2025-ci ildə Quba şəhərində, həmçinin rayon ərazisində təmizlik və abadlıq işlərinin aparılması, səliqə-səhmanın təmin edilməsi daim nəzarətdə saxlanmışdır. Bu məqsədlə “Təmiz Quba” Mənzil Kommunal Təssərüfatı Birliyi və rayon Mənzil İstismarı sahəsi və digər aidiyyəti qurumlar tərəfindən gündəlik olaraq lazımi tədbirlər həyata keçirilmişdir. Bu dövrdə “Təmiz Quba” Mənzil Kommunal Təssərüfatı Birliyinə məişət tullantılarının daşınması məqsədilə 2 ədəd yeni, özüboşaldan nəqliyyat vasitəsi verilmiş, Quba şəhərinin müxtəlif küçələrində və parklarında məişət tullantılarının atılması üçün 850 ədəd böyük və kiçik tutumlu yeni konteynerlər qoyulmuşdur.
Quba şəhərinin xarici görünüşünün daha da yaxşılaşdırılması məqsədilə, eləcə də şəhər ərazisindəki əvvəlki dayanacaqların əksəriyyətinin köhnə olması nəzərə alınaraq şəhər ərazisində müasir tələblərə cavab verən 11 ədəd dayanacaq və 4 ədəd köşk-dayanacaq quraşdırılmışdır.
Rayonda fəaliyyət göstərən yol istismar idarələri tərəfindən də il ərzində öz xidməti əraziləri üzrə yollara gündəlik xidmət göstərilmiş, yollarda və körpülərdə təmir işləri həyata keçirilmiş, gediş-gəlişin təmin olunması məqsədilə zəruri tədbirlər görülmüşdür.
2025-ci ildə rayonumuzun Alekseyevka kəndinin ərazisində dəyəri 25 milyon manat olan, 112 nəfərin daimi işlə təmin olunacağı, 2 hektar ərazini əhatə edən, tikinti sahəsi 7244 kvadratmetr olan “Frutena” MMC Meyvə Konsentratı və Meyvə Şirəsi İstehsalı və Dolumu Müəssisəsinin tikintisi başa çatmışdır.
Hazırda Quba şəhərinin Fətəli xan küçəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Dost və Regional Peşə Hazırlığı Mərkəzi”nin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən isə Quba Peşə liseyinin tikintilərində işlər davam etdirilir.
Ötən il özəl tikinti şirkətləri tərəfindən rayonda müasir tələblərə cavab verən çoxmənzilli yaşayış binalarının tikilməsinə də başlanmışdır. Belə ki, iş adamları tərəfindən Quba şəhərinin Vaqif küçəsində, 30-cu məhəllədə müasir tələblərə cavab verən və şəhərimizin ümumi görünüşünə olduqca müsbət təsir göstərəcək yaşayış kompleksinin inşasına başlanmışdır. Həmin yaşayış kompleksində 4-ü 6 mərtəbəli, 6-sı isə 5 mərtəbəli olmaqla ümumilikdə 357 mənzildən ibarət 10 yaşayış binasının tikilməsi nəzərdə tutulmuşdur. Kompleksin ərazisində ictimai-iaşə obyektləri, park və oyun meydançaları olacaqdır.
Zərdabi qəsəbəsində yerləşən, uzun illər ərzində vətəndaşların yaşayışı üçün olduqca təhlükəli vəziyyətdə olan, qəzalı və istismar müddəti başa çatmış çoxmənzilli binaların əvəzində yeni və müasir tələblərə cavab verən yaşayış binalarının tikintisi ilə bağlı işlərə başlanmışdır. Həmin binalarda yaşayan vətəndaşlar tərəfindən uzun illər ərzində yaşayış şəraitlərinin çətinliyi ilə əlaqədar müxtəlif instansiyalara çoxsaylı müraciətlər ünvanlanmışdır. Bütün bunları nəzərə alaraq tərəfimizdən həmin binalara bir neçə dəfə yerində baxış keçirilmiş, sakinlərlə görüşlər təşkil olunmuşdur. Mövcud vəziyyətlə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır. Zərdabi qəsəbəsindəki qeyd olunan binaların sayı 4-dür, həmin binalarda 51 ailə və 100-ə yaxın sakin yaşayır.
Məlumat üçün bildirirk ki, qeyd olunan binaların tikintisi ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən iş adamları ilə əlaqələr yaradılmış, həmin iş adamları prosesə cəlb edilmişdir. Göstərilən binaların əvəzində heç bir dövlət vəsaiti xərclənmədən sırf özəl tikinti şirkətinin vəsaiti hesabına ən müasir tələblərə cavab verən 4 - 6 çoxmənzilli yaşayış binalarının tikintisi həyata keçiriləcəkdir. Hazırda həmin qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlər yeni inşa ediləcək binalarda əvvəlkindən də daha geniş yaşayış sahələri ilə təmin olunacaqlar.
Hesabat dövründə Qrızdəhnə kəndinin ərazisində yeni istirahət kompleksinin tikintisinə də başlanmışdır.
Ötən il rayon ərazisində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq 512 fərdi yaşayış evinin, 5 qeyri-yaşayış obyektinin tikintisinə müsbət rəy verilmiş, bir neçə qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı müvafiq sənədlər isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunmuşdur.
Məlum olduğu kimi ötən ilin 15-16 aprel tarixlərində rayon ərazisində yağan güclü leysan yağışları, ucqar yaşayış məntəqələrimizə düşən qar rayonun elektrik təsərrüfatına, yol-nəqliyyat infrastrukturuna, vətəndaşların fərdi yaşayış evlərinə, təsərrüfatlarına, eləcə də sosial və inzibati binalara böyük miqyasda ziyan vurmuşdur. Rayon rəhbərliyi, eləcə də Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması üzrə rayon komissiyasının həyata keçirdiyi operativ tədbirlər nəticəsində intensiv yağıntıların rayon üzrə vurduğu ziyan müəyyənləşdırılmış, bu barədə tərəfimizdən aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmışdır.
Güclü yağıntılar nəticəsində rayonumuzun 40-dan artıq ucqar yaşayış məntəqəsində elektrik təsərrüfatı demək olar ki, tamamilə sıradan çıxmışdı. Yollara, körpülərə, rabitə sistemlərinə, bir neçə yaşayış məntəqəsində qaz təsərrüfatına olduqca ciddi ziyan dəymişdi. Qısa vaxt ərzində bütün müvafiq qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirildi və güclü yağıntıların fəsadları aradan qaldırıldı, müvafiq infrastruktur bərpa edildi.
Hazırda həmin yağıntılar nəticəsində evləri tamamilə yararsız hala düşmüş 9 nəfər rayon sakini üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən fərdi evlərin tikintisi davam etdirilir.
2025-ci ildə həmçinin güclü yağıntılar nəticəsində yararsız vəziyyətə düşmüş, Quba – İspik – Xınalıq yolunun 42-ci kilometrində, Əlikçay çayı üzərində yerləşən körpünün əvəzinə yeni körpü tikilərək istifadəyə verilmiş, eləcə də 23 aprel 2025-ci il tarixdə güclü sel suları nəticəsində təhlükəli vəziyyətə düşmüş, Quba – Qonaqkənd – Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində yerləşən körpü qısa vaxt ərzində təmir olundu, nəqliyyatın hərəkəti təmin edildi, paralel olaraq həmin körpünün yaxınlığında yeni körpü tikildi. Artıq yeni körpüdə işlər başa çatdırılmışdır.
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz 44 günlük Vətən Müharibəsində Tarixi Zəfər qazanaraq respublikamızın ərazi bütövlüyünü, 19 - 20 sentyabr 2023-cü il tarixlərdə isə 24 saatdan da az müddət ərzində davam etmiş antiterror əməliyyatı ilə ölkəmizin suverenliyini təmin etmişdir. Bu tarixi Qələbənin əldə edilməsində əməyi olan şəhidlərimizin ailələri, qazilər və müharibə iştirakçıları rayonumuzda daim diqqət mərkəzində saxlanılır.
2025-ci ilin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı rayonumuzda çoxsaylı silsilə tədbirlər keçirilmişdir.
Ötən il respublikamızın, eləcə də rayonumuzun ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biri də 29 yanvar 2025-ci il tarixdə keçirilmiş bələdiyyə seçkiləri olmuşdur. Bu seçkilər rayonumuzda ölkə qanunvericiliyinin tələblərinə tam uyğun qaydada keçirilmiş, rayonumuzun seçiciləri seçkilərdə də fəal iştirak etmişdir. Əvvəllər mövcud olmuş 34 bələdiyyədən bir neçəsində birləşmə olmuş, nəticədə rayon üzrə 21 bələdiyyə formalaşmışdır.
2025-ci ildə rayonumuzda 400-dən çoxu Rayon İcra Hakimiyyətinin bilavasitə təşkilatçılığı ilə olmaqla, ümumilikdə 1000-dən artıq ictimai-siyasi, mədəni-kütləvi, maarifləndirici və digər mövzularda tədbirlər keçirilmişdir.
20 yanvar 2025-ci il tarixdə rayonumuzda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmiş, 22 yanvar 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətində Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Camalovla görüş olmuş, 31 yanvar 2025-ci il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gələcəyin Memarları” adlı tədbir keçirilmiş, 1 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə rayonumuzun İkinci Nügədi kəndinin ərazisində quraşdırılmış doppler hava radarının açılışı və Xucbala kəndinin yaxınlığında ağacəkmə aksiyası keçirilmiş, 10 fevral 2025-ci il tarixdə “Azərişıq” ASC-nin 10 illik yubileyi ilə əlaqədar, 13 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin peşə bayramı günü münasibətilə tədbirlər təşkil olunmuş, 25 fevral 2025-ci il tarixdə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə "Xocalı soyqırımı: insanlıq əleyhinə cinayət" adlı anım tədbiri, 26 fevral 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının otuz üçüncü ildönümü ilə əlaqədar rayonda məskunlaşmış Xocalıdan olan vətəndaşlarla görüş, həmin gün İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzində “Xocalı soyqırımı - bəşər tarixinin dəhşətli faciəsi” mövzusunda dəyirmi masa, Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində isə "Faciədən zəfərə" adlı ədəbi-bədii kompozisiya və sərgi, 6 mart 2025-ci il tarixdə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü, 10 Mart - Azərbaycan Milli Teatr Günü və 11 mart - Xalq artisti Bəşir Səfəroğlunun 100 illik yubileyi münasibətilə tədbir və Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə teatr tamaşası, 12 mart 2025-ci il tarixdə Daxili Qoşunların 33-cü ildönümü ilə əlaqədar tədbir, 14 mart 2025-ci il tarixdə “Quba Meydanı” mədəniyyət və istirahət parkında “Sehrli Novruz” adlı bayram tədbiri, 18 mart 2025-ci il tarixdə Novruz bayramı münasibəti ilə “Quba Meydanı” Mədəniyyət və İstirahət parkında ümumrayon tədbiri, 28 mart 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan ayı münasibətilə Quba şəhərindəki “Nərgiz Plaza” şadlıq sarayında iftar mərasimi, 31 mart 2025-ci il tarixdə Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Quba şəhərində “Soyqırımı memorial kompleksi” ziyarət, kompleksin muzeyində Əməkdar rəssam Adil Şıxəliyevin azərbaycanlılara qarşı törədilmiş soyqırımların 107-ci ildönümünə həsr olunmuş sərgisi olmuşdur.
23 aprel 2025-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Quba rayonuna səfər etmiş, 24 aprel 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının inzibati binasında “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı məşğələ, 28 aprel 2025-ci il tarixdə Quba Rayon Mərkəzi Xəstəxanasında görkəmli alim, akademik, iyirminci əsr Azərbaycan tarixinin görkəmli simalarından biri Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Xatirələrdə yaşayan akademik” mövzusunda elmi-praktik konfrans, elə həmin gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında görkəmli tarixçi alim, professor Şahin Fazilin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı, 3 may 2025-ci il tarixdə Quba Tədris, İdman və İstirahət Kompleksində Avropa Cüdo Birliyinin rəsmi təqviminə daxil olan “Quba Millennium Team Cadet European Cup” yeniyetmələr arasında Avropa kubokunun açılış mərasimi, 6 may 2025-ci il tarixdə Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində “Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycan Konstitusiyası” mövzusunda tədbir, elə həmin gün Quba rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev xatirələrdə” mövzusunda dəyirmi masa, 7 may 2025-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı II Beynəlxalq rəqs və yaradıcılıq festivalı keçirilmiş, 10 may 2025-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ümummilli Liderimizin abidəsi rayon rəhbərliyi və ictimaiyyət tərəfindən ziyarət edilmiş, ardınca Quba rayon Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycanın memarı” adlı konfrans keçirilmişdir.
13 may 2025-ci il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon Ağsaqqallar Şurasının son bir ildə gördüyü işlərlə bağlı hesabat konfransı, elə həmin gün Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin anadan olmasının 40 illiyi münasibətilə “Qəhrəmanlıq dastanı" adlı anım tədbiri, 15 may Quba rayon Heydər Əliyev Mərkəzində “Beynəlxalq Ailə Günü” ilə bağlı tədbir, 16 may 2025-ci il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə regional müşavirə keçirilmişdir.
16 may 2025-ci il tarixdə Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçisi Ərzumanov Elşən İsaməddin oğlunun meyitinin qalıqları Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidin doğulduğu Quba şəhərinə gətirilərək rayonun Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
27 may 2025-ci il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans, 30 may 2025-ci il tarixdə Quba “ASAN xidmət” mərkəzinin ərazisində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Quba “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə Aqrar Biznes Festivalı, 5 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikasının Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü münasibətilə tədbir, 11 iyun 2025-ci il tarixdə rayonun Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır" mövzusunda konfrans, 13 iyun 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Quba rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Tarixin dönüm nöqtəsi” mövzusunda tədbir keçirilmiş, Milli Qurtuluş Günü münasibətilə müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsi rayon rəhbərliyi və ictimaiyyət tərəfindən ziyarət edilmişdir.
17 iyun 2025-ci il tarixdə Tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmiş, 19 iyun 2025-ci il tarixdə “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun sosial proqramı çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyə, Gürcüstan, Serbiya, Slovakiya, Monteneqro, Oman, Misir, Pakistan, Monqolustandan olan iştirakçılar Quba rayonuna səfər etmişlər.
23 iyun 2025-ci il tarixdə rayonda Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir, 25 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Quba şəhərində yerləşən “N” saylı hərbi hissəsində konsert proqramı, 26 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Quba şəhərinin Nizami adına Mədəniyyət və İstirahət parkında konsert proqramı, 27 iyun 2025-ci il tarixdə Gənclər və İdman Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının, Bakı Dövlət Universitetinin, “ASAN Könüllüləri” Təşkilatının və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda keçirilən “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsinin açılış mərasimi, 2 iyul 2025-ci il tarixdə Polis işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmiş, 4 iyul 2025-ci il tarixdə Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri xanım Viktoriya Romero Quba rayonuna səfər etmiş, 5 iyul 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə Mərkəzi Qan Bankının Quba bölməsində qanvermə aksiyası, 14 iyul 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişi ilə əlaqədar “14 iyul 1969-cu il: Müstəqil Azərbaycanın sarsılmaz təməlinin qoyulduğu gün” mövzusunda tədbir, 15 iyul 2025-ci il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin - qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilmiş, 19 iyul 2025-ci il tarixdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Quba rayonuna səfər etmişdir.
22 iyul 2025-ci il tarixdə Azərbaycan milli mətbuatının 150 illik yubileyi və Milli Mətbuat günü münasibətilə tədbir keçirilmiş, 24 iyul 2025-ci il tarixdə “Azərbaycan və Gürcüstan Gənclərinin II Beynəlxalq Düşərgəsi” çərçivəsində düşərgə iştirakçıları rayonumuza səfər etmişlər.
28 avqust 2025-ci il tarixdə Quba Olimpiya İdman Kompleksinin stadionunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə 12 yaşadək futbolçular arasında II “Ulduz Cup” beynəlxalq futbol turnirinin final oyunu, 4 sentyabr 2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında ölkəmizin bir sıra xarici ölkələrin tanınmış alimlərinin iştirakı ilə “Milli Mexanika Konqresi”, 9 sentyabr 2025-ci il tarixdə Quba rayonu üzrə ümumi təhsil müəssisələrinin ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunları ilə görüş keçirilmişdir.
12 sentyabr 2025-ci il tarixdə Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçisi Vəliyev Murad Məlikməmməd oğlunun meyitinin qalıqları Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidin doğulduğu Nütəh kəndinə gətirilərək dəfn olunmuşdur.
15 Sentyabr - Bilik Günü ilə əlaqədar rayonumuzun bütün təhsil ocaqlarında tədbirlər keçirilmiş, rayon rəhbərliyi Əliheydər Rüstəmov adına Zizik kənd tam orta məktəbində keçirilən tədbirdə iştirak etmişdir.
20 sentyabr 2025-ci il tarixdə Dövlət Suverenliyi Günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə B.Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində ümumrayon tədbiri, 27 sentyabr 2025-ci il tarixdə Anım Günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonunun Şəhidlər Xiyabanında anım tədbiri, 29 sentyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin, Quba rayon Polis Şöbəsinin və Quba rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin akt zalında “Narkomaniyaya, erkən nikahlara və digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir, 1 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir, 2 oktyabr 2025-ci il tarixdə rayonun Timiryazev kəndində yeni qazlaşdırılan yaşayış massivinə və Qrızdəhnə kəndinə mavi yanacağın verilməsi münasibətilə Timiryazev kəndində tədbir, 15 oktyabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında Quba Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 Oktyabr - İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür: “Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycan dövlətinin yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır” mövzusunda konfrans, 20 oktyabr 2025-ci il tarixdə Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə tədbir, 20 oktyabr 2025-ci il tarixdə Alekseyevka kənd tam orta məktəbində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin açılış mərasimi, 28 oktyabr 2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan icmasının fəxri üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın anadan olmasının 65 illik yubileyi və elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş “Qəlbi azərbaycanlı, Qərbi Azərbaycanlı" adlı ədəbi-bədii gecə, 31 oktyabr 2025-ci il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində “Zəfərin Uşaqları ilə Oxu Marafonu - Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsi çərçivəsində Birinci Quba Kitab Sərgisinin açılış mərasimi, 1 noyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının və Quba 1 saylı Mediasiya təşkilatının birgə təşkilatçılığı ilə Quba rayon Heydər Əliyev Mərkəzində Zəfər Günü ilə əlaqədar tədbir, 4 noyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Səhiyyə Nazirliyi Respublika Qan Bankının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə Səhiyyə Nazirliyi Respublika Qan Bankının Quba bölməsində qanvermə aksiyası, 6 noyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə qazanılmış Şanlı Zəfərin 5 ili” mövzusunda bayram tədbiri keçirilmiş, 8 noyabr 2025-ci il tarixdə Zəfər Gününün beşinci ildönümü münasibətilə rayon rəhbərliyi və ictimaiyyət tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi və rayonun Şəhidlər Xiyabanı ziyarət olunmuş, Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaxınlığındakı ərazidə ağacəkmə aksiyası təşkil etmiş, Quba şəhərindəki Nizami adına Mədəniyyət və İstirahət parkında ümumrayon tədbiri və konsert proqramı keçirilmişdir.
12 noyabr 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa, 21 noyabr 2025-ci il tarixdə Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir, 21 noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü ilə əlaqədar “Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha möhtəşəm zəfərlər qazanacaq” mövzusunda tədbir, 27 noyabr 2025-ci il tarixdə “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu”nun açılışında iştirak etmiş Quba rayonu üzrə QHT rəhbərləri ilə görüş keçirilmiş, 30 noyabr 2025-ci il tarixdə isə Qərbi Azərbaycan İcmasının Quba rayonu üzrə nümayəndəliyinin yeni ofisinin açılış mərasimi olmuşdur.
4 dekabr 2025-ci il tarixdə Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Qərbi Azərbaycan İcmasının, “Regional İnkişaf” İctimai Birliyinin, “ASAN Könüllüləri” Təşkilatının və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Quba rayonunda keçirilən “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin açılış mərasimi, 11 dekabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Quba rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir” mövzusunda konfrans keçirilmiş, 12 dekabr 2025-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin vəfatının iyirmi ikinci ildönümü ilə əlaqədar Ulu Öndərin Quba şəhərində adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsi rayon rəhbərliyi və ictimaiyyət tərəfindən ziyarət edilmişdir.
15 dekabr 2025-ci il tarixdə Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində “Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi”nin açılış mərasimi olmuş, 16 dekabr 2025-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü və Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir, 22 dekabr 2025-ci il tarixdə rayonun Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin 2025-ci ilin yekunlarına həsr edilən konfransı, 24 dekabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi və bu irsin davamçısı Prezident İlham Əliyevin dövlətçilik missiyası” mövzusunda yekun məşğələ, 25 dekabr 2025-ci il tarixdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə “Bölgədə dini durum, aktual çağırışlar və dövlət-cəmiyyət əməkdaşlığı” mövzusunda regional görüş, 26 dekabr 2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Vətən Müharibəsi şəhidi Nuran Mirzəyevin xatirəsinə həsr olunmuş “Vətən üçün şəhid oldum” adlı kitabın təqdimatı keçirilmişdir.
Qeyd olunan çoxsaylı tədbirlərdən əlavə ötən il rayonda çoxsaylı dini və hüquqi maarifləndirmə mövzusunda tədbirlər, eləcə də müxtəlif mövzularda görüşlər, idman və bilik yarışları, həmçinin sərgi və müsabiqələr keçirilmişdir.
2025-ci ildə rayonda təhsil sahəsində də xeyli işlər görülmüşdür. Hazırda rayonda 127 ümumi təhsil, 2 məktəbdənkənar, 2 internat, 14 dövlət, 1 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyət göstərir. Rayon ümumi təhsil müəssisələrindən 71-i tam orta, 40-ı ümumi orta, 16-sı ibtidai məktəblərdir. Məktəblərin biri Texniki Təmayüllü lisey, biri Təbiət fənləri təmayüllü məktəb-lisey, biri Hümanitar fənlər təmayüllü məktəb-lisey, biri isə Fizika, riyaziyyat və informatika təmayüllü liseydir.
Rayonun ümumtəhsil məktəblərində 26 min 276 nəfər şagirdin təlim-tərbiyəsi ilə 2 min 974 nəfər müəllim məşğul olur. 2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsi nəticəsində rayonun ümumtəhsil müəssisələrinə 109 nəfər müəllim işə qəbul olunmuşdur.
2024-2025-ci tədris ilində IX sinfi 2 min 453 nəfər, XI sinfi isə 1687 nəfər şagird bitirmişdir.
Ötən tədris ilində 498 nəfər məzun ali təhsil müəssisələrinə qəbul olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 15 nəfər çoxdur. Ali məktəblərə qəbul olan məzunlardan 16 nəfəri 600-dən yuxarı bal toplamışdır.
Rayon üzrə 2024-2025-ci tədris ilində Respublika Fənn Olimpiadalarında 3 nəfər, Respublika Fənn Müsabiqəsində isə 2 nəfər şagird medallar qazanmışdır.
2004-cü ildən başlayaraq rayonda 88 məktəb binası tikilmiş, 13 məktəb binası əsaslı təmir olunmuşdur.
Heydər Əliyev Fondu tərəfindən indiyədək rayonumuzda 22 məktəb binası inşa olunmuşdur.
Rayon üzrə daha 24 ümumtəhsil məktəbi üçün yeni binanın tikintisinə, 4 ümumtəhsil məktəbinin binalarının isə əsaslı təmirinə ehtiyacı vardır.
Hazırda rayon üzrə yerləşdikləri yaşayış məntəqələrində mavi yanacaq olmasına baxmayaraq qazlaşdırılmayan 18 məktəb vardır. Məlumat üçün bildiririk ki, ötən ilə qədər rayonumuzda belə təhsil müəssisələrinin sayı 34 idi. Qeyd olunan məsələ ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır. Nəticədə həmin məktəblərdən 16-sı mavi yanacaqla təchiz olunmuş, hazırda da göstərilən istiqamətdə işlər davam etdirilməkdədir.
Rayon üzrə dövlət məktəbəqədər təhsil müəssisələrində 653 nəfər, özəl məktəbəqədər təhsil müəssisəsində 75 nəfər azyaşlı təhsil alır. Bu da 157 yaşayış məntəqəsi olan və 12 min 242 nəfər bağça yaşlı (1-5) uşağı olan rayon üçün çox azdır.
Hazırda rayonun Hacıhüseynli kəndində yeni məktəb binası inşa olunur, Alpan kənd tam orta məktəbinin binası isə əsaslı şəkildə təmir edilir. Bundan əlavə, Küçeyi kəndində yerləşən məktəb binası qəzalı vəziyyətdə olduğundan, həmin məktəbin şagirdlərinin Pirvahid kənd tam orta ümumtəhsil məktəbinə daşınması təmin edilir. Küçeyi və Zizik kəndlərində də yeni modul tipli məktəblərin inşası nəzərdə tutulmuşdur.
2025-2026-cı tədris ilində Almasqazmalar və Əski İqrığ kəndlərində əhalinin sayının azalması nəzərə alınaraq, qeyd olunan yaşayış məntəqələrində yerləşən ibtidai məktəblər rasionallaşdırılmışdır. Həmin məktəblərdə təhsil alan şagirdlərin digər məktəblərə yerdəyişməsi və daşınması təşkil olunmuşdur.
Hazırda rayon üzrə 15 istiqamətdə şagirdlərin daşınması həyata keçirilir.
Ötən tədris ilində 26 məktəbdə icma qrupları təşkil olunmuşdursa, bu il həmin qrupların sayı 32-yə çatdırılmış və ümumilikdə 652 uşaq bu layihə ilə əhatə olunmuşdur.
Hazırda ölkə üzrə ümumtəhsil məktəblərində elektron jurnalın tətbiqi geniş vüsət almışdır. Rayon üzrə elektron jurnal sistemi iki məktəbdə - Quba şəhəri 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə və Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbində tətbiq olunur.
Rayon üzrə 4 ümumtəhsil məktəbində - Zərdabi qəsəbə, Alekseyevka, Digah və Pirvahid kənd tam orta ümumtəhsil məktəblərində peşə sinfi layihəsi, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, Quba şəhəri 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə, Alekseyevka və Qəçrəş kənd tam orta ümumtəhsil məktəblərində STEAM tədris modeli tətbiq olunur. Bundan əlavə, Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində, İkinci Nügədi kəndi 3 nömrəli tam orta ümumtəhsil məktəbində, Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində, Quba şəhəri 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə, həmçinin Fizika, riyaziyyat və informatika təmayüllü liseydə “Rəqəmsal bacarıqlar” layihəsi həyata keçirilir.
2025-ci ildə “BilBacar” müsabiqəsində rayon üzrə 15 ümumtəhsil müəssisəsi iştirak etmişdir. Ölkə üzrə ən fəal iştirak edən məktəblər arasında Quba şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbi və Alekseyevka kənd tam orta ümumtəhsil məktəbi xüsusilə fərqlənmişdir.
Cerebry layihəsi - dünyanın ilk süni intellektlə idarə olunan adaptiv təcrübə platformasıdır. Bu platformaya rayonun 5 ümumtəhsil məktəbi - Quba şəhəri 1, 2, 3, 4 nömrəli tam orta ümumtəhsil məktəbləri və Alekseyevka kənd tam orta ümumtəhsil məktəbi qoşulmuşdur.
2025-ci ildə Quba rayonunun ümumtəhsil məktəblərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində çoxsaylı silsilə tədbirlər keçirilmiş, şagirdlər bir sıra müsabiqə və yarışlarda yüksək nailiyyətlər qazanmışdır.
Rayonda əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. Məlum olduğu kimi 2020-ci ilin yanvar ayından etibarən Quba Rayon Mərkəzi Xəstəxanası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibinə keçmişdir. Şimal regionunda xəstəxanaların sığorta sisteminə inteqrasiyasından sonra regiondakı 6 rayonda yerləşən tibb müəssisələri bir klasterdə birləşdirilmiş və Quba RMX klasterin mərkəzi xəstəxanası statusunu almışdır. 2025-ci il ərzində 10 min 501 nəfər rayon sakini icbari tibbi sığortanın xətti ilə müxtəlif ixtisaslı müalicə müəssisələrinə göndərilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə əhalinin tibbi profilaktik müayinələrə cəlb edilməsi, uşaqların məcburi dispanserizasiyası yerinə yetirilir. 2025-ci il ərzində 51 min 546 nəfər müayinə olunmuşdur.
Hazırda rayon üzrə 4 min 650 nəfər şəkərli diabet xəstəsi dispanser müşahidəsindədir.
Rayon üzrə hemofiliyalı xəstələrin sayı 14, talassemiyalı xəstələrin sayı 9, onkoloji xəstələrin sayı 1850-dir.
Hazırda rayon üzrə 39 xəstə xroniki böyrək çatışmamazlığı diaqnozu ilə qeydiyyatdadır. İl ərzində 933 nəfər RMX-da yüksək ixtisaslı hemodializ müalicəsi qəbul etmişdir.
Görülən işlərlə yanaşı rayonda səhiyyə sahəsində əsas problemlərdən biri tibb müəssisələrinin böyük əksəriyyətinin bina şəraitinin günün tələblərinə cavab verməməsi və yerlərdə ixtisaslı kadrlara ciddi ehtiyacın olması ilə əlaqədardır. Qeyd olunan istiqamətlərdə tədbirlərin görülməsinə böyük ehtiyac vardır.
Hesabat dövründə rayonun mədəniyyət müəssisələrində çoxsaylı mədəni-kütləvi tədbirlər təşkil olunmuşdur.
2025-ci il ərzində Quba rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik və azərbaycançılıq məfrukəsinin təbliği ilə əlaqədar çoxsaylı silsilə tədbirlər, dəyirmi masalar, elmi-praktik konfranslar keçirilmişdir.
Ümumilikdə 2025-ci il ərzində Quba rayon Heydər Əliyev Mərkəzində 100 tədbir və 134 ekskursiya, (bundan 14-ü xarici ekskursiya) keçirilmiş, 16 sərgi və 18 videoçarx nümayiş etdirilmişdir. Mərkəzə 15 min 450 nəfər fərdi gələn olmuşdur. Ümumilikdə il ərzində Mərkəzə 154 nəfər xarici qonaq gəlmişdir. Tədbir, ekskursiya və fərdi qaydada Mərkəzə 29 min 678 nəfər gəlmişdir.
Rayon muzeylərinə gələn ziyarətçilərin ümumi sayı 55 min 982 nəfər olmuşdur ki, onlardan da 51 min 883 nəfərini yerli, 4 min 99 nəfərini isə xarici ziyarətçilər təşkil etmişdir.
Rayonun mədəniyyət müəssisələrinin də böyük əksəriyyətinin bina şəraitlərinin yaxşılaşdırılmasına ciddi ehtiyac vardır.
2025-ci il ərzində Quba idmançıları bir sıra müxtəlif səviyyəli yarışlarda iştirak etmiş, 25-i qızıl, 34-ü gümüş və 33-ü bürünc olmaqla, ümumilikdə 92 medal qazanmışlar.
Rayonumuzda peşəkar futbol və basketbol klubları yaradılmışdır. Hazırda rayonumuzun "Quba" futbol klubu Azərbaycan cempionatının ikinci liqasında, "Quba" basketbol klubu isə Azərbaycan Basketbol Liqasında çıxış edir.
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş, yaralanmış və müharibədə iştirak etmiş şəxslər, onların ailə üzvləri Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə mütəmadi olaraq görüşlər keçirilir, onların problemləri dinlənilərək həlli istiqamətində müvafiq tədbirlər görülür.
44 günlük Vətən Müharibəsi zamanı və 19-20 sentyabr 2023-cü il tarixdəki antiterror əməliyyatları zamanı Quba rayonu üzrə 60 nəfər həmyerlimiz müqəddəs şəhidlik zirvəsinə ucalmış, rayon üzrə 230 nəfər yaralanmışdır. Yaralanan şəxslərdən indiyədək 57 nəfərinə əlillik dərəcəsi təyin olunmuşdur.
Bu günə qədər rayon üzrə Vətən Müharibəsində iştirak edənlərdən 1216 nəfərə müharibə veteranı statusu verilmişdir.
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və müharibə veteranlarının sosial məsələlərinin həlli istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına il ərzində, xüsusilə də tarixi və əlamətdar günlər, müxtəlif bayramlar münasibətilə Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardımlar göstərilmiş, şəhidlərimizin bir neçəsinin ailə üzvlərinin təhsil haqlarının ödənilməsi təmin olunmuş, Yeni Güləzi və İsnovqışlaq kəndlərində şəhidlərimizin adını daşıyan və evlərinin yaxınlığındakı küçələr asfaltlanmışdır.
Hazırda Rayon İcra Hakimiyyətində 56 nəfəri Birinci Qarabağ, 53 nəfəri isə Vətən Müharibəsi və ondan sonrakı dövrdə şəhid olmuş şəxslərin ailə üzvləri olmaqla ümumilikdə 109 nəfər şəhid ailəsi, 29 nəfəri Birinci Qarabağ, 42 nəfəri isə Vətən Müharibəsi və ondan sonrakı dövrdə yaralanaraq əlillik dərəcəsi təyin olunmuş ümumilikdə 71 nəfər şəxs mənzil qeydiyyatındadır.
Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət yetirdiyi əsas məsələlərdəndir. Möhtərəm Prezidentimiz vətəndaşlara və onların problemlərinə daim böyük diqqət və qayğı ilə yanaşaraq özünün bütün çıxışlarında bu məsələləri ön plana çəkir, hər bir dövlət qulluqçusundan və hər bir məmurdan vətəndaşların müraciətlərinə, onların ərizə və şikayətlərinə diqqətlə yanaşmağı tələb edir.
Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 29 aprel 2015-ci il tarixli Fərmanına müvafiq olaraq 2015-ci ilin iyul ayından etibarən Quba Rayon İcra Hakimiyyətində vətəndaşların yazılı müraciətlərinin qeydiyyatı elektron qaydada aparılır ki, bu da müraciətlərin dərhal qeydiyyata alınması, onların icrasına nəzarət, vaxtaşırı hesabat və analizlərin aparılması baxımından çox önəmli və vacibdir.
Quba Rayon İcra Hakimiyyəti başçısının aparatı vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkili işini müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun qurmağa və vətəndaşlarımızı narahat edən problemlərin maksimum həllinə nail olmağa səy göstərmiş, qeyd olunan məsələlər daim nəzarətdə saxlanılmışdır.
2025-ci il ərzində Rayon İcra Hakimiyyətinə ümumilikdə 3841 yazılı müraciət daxil olmuşdur.
Yazılı müraciətlərin sayı 2024-cü ilə müqayisədə 479 müraciət çoxdur. Müraciətlərin çoxalmasının əsas səbəbi maddi köməkliklə bağlı edilmiş müraciətlərin sayının çox olmasıdır. Belə ki, 2025-ci il ərzində maddi köməkliklə bağlı edilmiş müraciətlərin sayı 2 min 47 olmuşdur ki, bu da 2024-cü il ilə müqayisədə 664 müraciət çoxdur.
2025-ci il ərzində daxil olan müraciətlərin 236-sı respublikanın müxtəlif təşkilatlarına, o cümlədən 436-sı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, 3 min 169-u isə birbaşa Rayon İcra Hakimiyyətinə ünvanlanmışdır. Daxil olan müraciətlərin 3 min 400-ü ərizə, 439-u şikayət, 2-si isə təklifdir.
2025-ci il ərzində daxil olan 17 müraciətə nəzarətə alınmaqla baxılmışdır.
Bütün müraciətlərə həssaslıqla yanaşılmış, onların ətraflı araşdırılması təmin edilmişdir.
Daxil olan müraciətlərə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə baxılmasına və cavablandırılmasına nəzarət olunmuş, pozuntulara yol verilməmişdir.
İl ərzində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Rayon İcra Hakimiyyətinin başçısı aparatında müvafiq qrafikə uyğun olaraq 34 dəfə vətəndaşların fərdi qəbulu keçirilmiş, həmin qəbullarda 239 nəfər vətəndaş fərdi şəkildə qəbul edilmişdir. Qəbullar zamanı vətəndaşların qaldırdığı məsələlər nəzarətə götürülmüş və həmin məsələlərin həlli istiqamətində qanunamüvafiq tədbirlər görülmüşdür.
2025-ci il ərzində rayonumuzun 45 yaşayış məntəqəsində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların səyyar qəbulu keçirilmişdir. Səyyar qəbullar zamanı qaldırılan məsələlər barədə yerindəcə aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilmiş, rayon təşkilatlarına məktublar ünvanlanmış, həlli rayon səviyyəsində mümkün olan məsələlərin böyük əksəriyyəti öz həllini tapmışdır.
Hər ay keçirilən səyyar qəbulların yekunu olaraq həmin qəbullarda qaldırılan məsələlər barədə Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, həmçinin aidiyyəti üzrə respublikanın müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarına və digər əlaqədar təşkilatlara rəsmi müraciətlər ünvanlanmış, həmin müraciətlər əsasında müvafiq qurumlar tərəfindən rayonda xeyli problemlər öz həllini tapmışdır.
Rayon İcra Hakimiyyətinə daxil olan vətəndaş müraciətləri əsasən maddi köməklik, torpaq sahələrinin yerquruluşu sxeminin təsdiq edilməsi, ev tikintisi və ya təmirinə köməklik, torpaq sahəsi ilə təmin olunma, işlə təmin olunma, mübahisəli torpaq məsələləri, yol tikintisi, təbii qaz və elektrik enerjisi ilə təminat sahəsində yaranmış problemlər və digər məsələlərlə bağlı olmuşdur.
Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı şəxslərə, müxtəlif xəstəliklərdən əziyyət çəkən vətəndaşlara, fövqəladə hallar və yanğın hadisələri nəticəsində evlərinə və təsərrüfatlarına ziyan dəymiş rayon sakinlərinə, həmçinin ehtiyacı olan digər şəxslərə qanunvericiliyə uyğun qaydada maddi yardımlar göstərilmişdir.
Rayonda kadrların seçilməsi, onların düzgün yerləşdirilməsi və kadr potensialından səmərəli istifadə məsələlərinə diqqət daha da artırılmış, bu sahədə mövcud qanunvericiliyin tələblərinə tam əməl olunmasına nəzarət gücləndirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” 10 dekabr 2025-ci il tarixli Fərmanına uyğun olaraq rayonumuzda da müvafiq işlər icra olunmuşdur.
Hesabat dövründə Azərbaycan Respublikasının Milli Məclisində rayonumuzu təmsil edən millət vəkilləri tərəfindən Rayon İcra Hakimiyyətinin köməkliyi və məsul şəxslərinin iştirakı ilə vətəndaşlarla görüşlər, qəbullar və digər tədbirlər keçirilmişdir.
İl ərzində respublikamızın bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən də rayonumuzda vətəndaş qəbulları keçirilmişdir.
2025-ci ildə rayonumuzun hüquq-mühafizə orqanları tərəfindən ictimai sabitliyin qorunub saxlanması üçün bütün zəruri tədbirlər həyata keçirilmiş, əhalinin təhlükəsizliyi tam təmin edilmiş və kriminogen vəziyyət nəzarətdə saxlanılmışdır.
Rayonumuzda narkomaniya və digər zərərli vərdişlərin fəsadları mövzusunda çoxsaylı hüquqi-maarifləndirici tədbirlər keçirilmiş, həqiqi hərbi xidmətə çağırışla bağlı bütün tapşırıqlar vaxtında və yüksək səviyyədə icra olunmuşdur.
Rayonumuzda ictimai-siyasi və kriminogen vəziyyət olduqca sabitdir.
Rayonumuzda görülən işlərlə yanaşı hələ də həlli vacib olan bir sıra problemlər də mövcuddur.
Son illərdə rayonda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində olduqca böyük layihələr icra olunmuşdur. Lakin bu istiqamətdə hələ də xeyli işlər görülməlidir. Belə ki, rayonumuzda bir sıra istiqamətlər üzrə yolların yenidən qurulmasına ciddi ehtiyac vardır.
Rayonun 70-ə yaxın yaşayış məntəqəsində içməli su ilə bağlı çətinliklər mövcuddur. Həmin yaşayış məntəqələrində içməli su ilə bağlı problemlərin aradan qaldırılması üçün ya artezian su quyuları qazılmalı, ya da çaylardan və digər müxtəlif mənbələrdən su çəkilməlidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 27 iyul 2020-ci il tarixdə imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planının” təsdiq edilməsinə dair Sərəncama əsasən rayonumuzun ərazisindən keçən çayların üzərində 3 böyük su anbarının tikintisi nəzərdə tutulmuşdur. Həmin su anbarları tikilərsə, rayonumuzda su ilə bağlı problemlərin aradan qaldırılmasına ciddi təsir göstərə bilər.
Son illərdə rayonumuzda elektrik təsərrüfatının yenidən qurulması istiqamətində xeyli işlər görülmüşdür. Hazırda da rayonun 7 yaşayış məntəqəsində bu sahədə işlər davam etdirilir. Lakin, rayonun əksər yaşayış məntəqələrində ötən əsrin 60-70-ci illərində qurulmuş elektrik təsərrüfatı istismar müddətini başa vurduğundan və olduqca köhnəldiyindən tez-tez ciddi problemlərə səbəb olur.
Rayonun yaşayış məntəqələri üzrə qazlaşmanın faizi 50 faizə yaxındır. Belə ki, rayonun 80 yaşayış məntəqəsi hələ də mavi yanacaqla təmin olunmamışdır. İlkin olaraq texniki göstəricilər imkan verən 40 yaşayış məntəqəsinin qazlaşdırılması bu sahədəki problemlərin həllinə mühüm təsir göstərə bilər.
Quba şəhərinin ümumi sahəsi 225 hektar olan və 4 min nəfərə yaxın əhalinin yaşadığı “Dəvədabanı” yaşayış massivində infrastrukturun qurulmasına (yol, qaz, su-kanalizasiya, məktəb) ciddi ehtiyac vardır.
Rayonda digər sahələrdə də həlli vacib olan bir sıra məsələlər mövcuddur.
Qeyd olunanlarla bağlı Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müvafiq qurumlar qarşısında məsələlər qaldırılmışdır. Əminik ki, ölkə rəhbərliyinin rayonumuza hər zaman göstərdiyi yüksək diqqət və qayğının nəticəsində bütün həlli vacib məsələlər öz həllini tapacaqdır.








