Şriftin ölçüsü :

Saytın rəngi :

Elan

Quba Rayon İcra Hakimiyyəti başçısının 17 may 2021-ci il tarixli 51 nömrəli Sərəncamı ilə Rayon İcra Hakimiyyəti yanında ictimai şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla, 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

İctimai şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
Bununla əlaqədar olaraq 18 may 2021-ci il tarixdən etibarən 20 iş günü müddətində ictimai şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və həmin proses  18 iyun 2021-ci il tarixdə başa çatacaqdır.


İctimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı ilə əlaqədar Quba RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşlarin  müraciətləri ilə iş şöbəsinə müraciət oluna bilər (Əlaqə telefonu 023-335-62-25).

Keçidlər