Şriftin ölçüsü :

Saytın rəngi :

Quba RİH başçısının sərəncamı

Quba Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya seçkinin təşkili
məqsədi ilə Komissiyanın yaradılması haqqında


Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununa, Azərbaycan Respublikası Prezidentinin “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanunun tətbiqi barədə 16 yanvar 2014-cü il tarixli 89 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarına əsasən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci maddəsini rəhbər tutaraq,
Qərara alıram:
1. Quba Rayon İcra Hakimiyyəti yanında (rayon icra hakimiyyətinin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv) ictimai şuraya seçkinin təşkil edilməsi məqsədilə 9 nəfərdən ibarət aşağıdakı tərkibdə seçki komissiyası yaradılsın.

Seçki komissiyanın sədri

İbrahimov Tariyel Daim oğlu - Quba RİH başçısının birinci müavini

Seçki  komissiyanın üzvləri

Abasova Səidə Məhmədalı qızı  - Quba RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

İsmayılov Ramil Mərdəli oğlu - Quba RİH başçısının Aparatının Hüquq şöbəsinin müdiri

Hüseynov Neman İmran oğlu  - Quba RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşlarin  müraciətləri ilə iş şöbəsinin müdiri

Məmmədov İldırım Nurulla oğlu – Quba rayon Ağsaqqallar şurasının sədri

Qasımov Qəhrəman Əmirağa oğlu – “Şəfəq” qəzetinin baş redaktoru

Baxışova Zülfurə Ramazan qızı  - DİİXİ Həmkarlar İttifaqı Quba rayon komitəsinin sədri

Nöhbalayev Yusif Məmmədhüseyn oğlu – “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” ictimai birliyinin Quba rayon təşkilatının sədri

Rizmanov Səlimjan XXX oğlu – Axısqa Türklərinin “Vətən” İctimai Birliyinin Şimal bölgəsi üzrə təşkilatının sədri

2. Seçki Komissiyasına tapşırılsın ki, İctimai şuraya seçkini “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun təşkil etsin.
3. Bu sərəncam Quba Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilsin.
4. Rayon icra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Hüseynov Neman İmran oğlu əmrin aidiyyəti üzrə çatdırılmasını təmin etsin.
5. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Keçidlər