Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Amsarqışlaq kənd yolunda aparılan əsaslı yenidənqurma işlərinin gedişilə yerində tanış olmuş, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilmişdir.
Ukraynanın Prezidenti cənab Vladimr Zelenskinin Azərbaycan Respublikasına rəsmi səfəri zamanı 17 dekabr 2019-ci il tarixdə imzalanmış “Quba şəhəri (Azərbaycan Respublikası) ilə Truskavets şəhəri (Ukrayna) arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Müqavilə”də nəzərdə tutulan ilk görüş 24 fevral 2021-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev və Truskavets şəhərinin meri cənab Andrey Kulçinskiy arasında birgə video konfrans formatında təşkil edilmişdir. Video konfransda hər iki tərəfdən məsul vəzifəli şəxslər iştirak etmişdir
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonumuzun ərazisində Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində soyqırım qurbanlarının sayını əks etdirən 613 ədəd ağac əkilmişdir. Ağacəkmə aksiyasında Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, digər məsul vəzifəli şəxslər və ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.
44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlər göstərmiş Nizami Mövlanovun qısa müddətə valideynlərini ziyarət etmək üçün doğma kəndinə gəlməsi ilə əlaqədar 23 fevral 2021-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Utuq kəndində qəhramanımızla və onun ailə üzvləri ilə görüşmüşdür.